Kiber Təhlükəsizlik Platformasın Kibertəhlükəsizlik Akademiya tələbələri Trendyolun dəstəyi ilə icra edilən təcrübə və təlim proqramı çərçivəsində yaranmış imkanla Türkiyənin Privia Security A.Ş.-nin rəhbərlik heyəti və kibertəhlükəsizlik komandası ilə görüşdü. Görüş əsnasında gənclərimizə şirkətin nəzdində fəaliyyət göstərən imkanlar tanıdıldı və mütəxəssislər tərəfindən tələbələrimizə müxtəlif karyera məsləhətləri verildi. Sonda Privia Security əməkdaşları tərəfindən gənclərimizin istifadəsi üçün Platformamıza, sahə üzrə peşəkar mütəxəssislərin yazarı olduğu xeyli sayda kitablar bağışlandı.
Xüsusi ilə nəzərinizə çatdırmaq istəyirik ki, Kiber Təhlükəsizlik Platforması və Privia Security şirkəti arasında gənclərin inkişafı istiqamətində müxtəlif istiqamətlərdə əməkdaşlıq icra ediləcək. Əməkdaşlıq çərçivəsində şirkətin əsas resurslarından “PriviaHub” Cyber Range Platform-nun yaxın günlərdə gənclərimizin istifadəsinə veriləcək. Həmin platformanın ilk istifadəsi Kiber Təhlükəsizlik Platformasının texniki dəstək verdiyi tərəfdaşımız MilliSec şirkətinin ödənişsiz əsaslarla təşkil etdiyi genişmiqyaslı təcrübə proqramında istifadə olunacaq. PriviaHub Akademiyamızın tələbələri üçündə günün istənilən saatında əlçatan olacaq.
Gənclərimizə göstərdiyi qonaqpərvərliyinə görə Privia-şirkətinin rəhbəri Eyüp ÇELİK və Ramin Karimkhani başda olmaqla bütün komandaya təşəkkür edirik.
Digər xəbər və bloqlar

Cloudflare Xidmətləri Qlobal Səviyyədə Çətinliklərlə Üz-Üzə
Cloudflare-in Stokholm data mərkəzində baş verən genişmiqyaslı texniki nasazlıq nəticəsində Azərbaycan da daxil olmaqla bir çox regionda internet xidmətlərində ciddi əlçatımlıq problemləri müşahidə olunur. İstifadəçilər

Kiber Təhlükəsizlik Platforması CIDC 2025-də
Ölkəmizdə keçirilən CIDC 2025 – Cyber Incident & Defense Conference çərçivəsində Kiber Təhlükəsizlik Platforması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə özünün innovativ

Kibertəhlükəsizlik Nədir?
Kibertəhlükəsizlik Nədir? Rəqəmsal dövrümüzdə məlumat və texnologiya həm fərdlər, həm də şirkətlər üçün həyati əhəmiyyət daşıyır. Lakin bu imkanlarla yanaşı, kiberhücumlar, məlumat sızmaları, sistem zəiflikləri,
Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın
Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.
Digər Telefonlarımız:
- +994 51 2300901
- +994 51 2300902
- Texniki Dəstək Komandası
- Media və PR / Sosial layihələr
Elektron Poçt Adreslərimiz
Məlumat Mərkəzi:
info@kiberplatforma.az
Texniki Dəstək:
support@kiberplatforma.az
Media və PR:
media@kiberplatforma.az