









Cloudflare Xidmətləri Çətinliklərlə Üz-Üzə
Cloudflare-in Stokholm data mərkəzində baş verən genişmiqyaslı texniki nasazlıq nəticəsində Azərbaycan da daxil olmaqla bir çox regionda internet xidmətlərində ciddi əlçatımlıq problemləri müşahidə olunur.
Kiber Təhlükəsizlik Platforması Özbəkistanda: Yeni Regional Missiya
KOBİA ilə uğurlu əməkdaşlıqdan sonra Kiber Təhlükəsizlik Platforması beynəlxalq fəaliyyət istiqamətlərini daha da genişləndirərək yeni bir addım atır. Bu dəfə isə diqqətimizi qardaş ölkə Özbəkistana yönəldirik.
Kiber Təhlükəsizlik Platforması CIDC 2025 tədbirində təmsil olundu
Ölkəmizdə keçirilən CIDC 2025 çərçivəsində Kiber Təhlükəsizlik Platforması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə özünün innovativ stendi və maarifləndirici fəaliyyəti ilə diqqət mərkəzində oldu.
Bakı Texnologiya Mərkəzinin açılış mərasimi həyata keçirildi.
Gənclərin inkişafına və gələcəkdə təhsil sahəsində perspektivli fərdlərin yetişdirilməsinə yönəlmiş (Bakı Texnologiya Mərkəzi I Baku Technology Center (BTM) rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə reallaşdırıldı.
Platformamız COP29 çərçivəsində vacib layihənin təşkilatçısı olacaq
Kibertəhlükəsizlik Platforması və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, COP29 İqlim Konfransı çərçivəsində yalnız xanımlara özəl bir seminar təşkil edir! Bu seminar, kibertəhlükəsizlik sahəsində uğur qazanan xanımların təcrübələrini bölüşməsi və bu sahədə qadın liderliyini təşviq etmək məqsədini daşıyır. Güclü xanımlar, güclü gələcək!
Kibertəhlükəsizlik Platforması dövlətin növbəti vacib dəstəyini aldı.
Kibertəhlükəsizlik Platforması Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startup Şəhadətnaməsi”ni əldə etmişdir.
Platforma, fəaliyyət göstərdiyi 5 il ərzində dövlət və özəl sektorla əməkdaşlıq edərək bir çox mühüm layihələrin təşkilatçısı olmaqla yanaşı, gənclərin inkişafında mühüm rol oynamışdır.
EH-L1 və ITE İmathanının Növbəti Nəticələri Açıqlandı
Kiber Təhlükəsizlik Platforması və EC-Council (International Council of E-Commerce Consultants) arasında həyata keçirilən “Akademiya Tərəfdaşlığı” çərçivəsində təşkil olunan sertifikatlaşdırma fəaliyyətinin növbəti mərhələsi uğurla yekunlaşıb. Bu çərçivədə keçirilən “Ethical Hacking Level 1” (EH-L1) imtahanı gənc mütəxəssislərin etik hakerlik üzrə ilkin biliklərinin qiymətləndirilməsini hədəfləyib.
Kiber Təhlükəsizlik Platforması "Tech Connect 2024" tərəfadaş qismində
Bu tədbir, texnologiya sahəsindəki innovativ həllər və yeni yanaşmaların müzakirəsi üçün mühüm bir platforma idi. Xüsusi olaraq qeyd etmək istərdim ki, "Kibertəhlükəsizlik və Risklər" panelində Platformamızın Akademiya təlimçisi, hörmətli Sona Talibova öz bilik və təcrübəsini bölüşərək risklərin idarə olunması və gələcək perspektivləri barədə qiymətli fikirlərini iştirakçılara çatdırdı.
Platformamız tərəfindən InfoSEC2024 tədbiri təşkil edildi.
Kiber Təhlükəsizlik Platformasının təşkilati dəstəyi ilə ADA Universitetində kibertəhlükəsizlik tədbiri təşkil edildi. Tədbir ADA Universitetinin Kiber Klub gənclərinin istəyi əsasında, Platformamızın kibertəhlükəsizlik mütəxəssisləri, akademiya tələbələri və koordinasiya komandası tərəfindən təşkil olundu.
Nümayəndə heyəti 3-cü Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi
Kiber Təhlükəsizlik Platformasının nümayəndə heyəti və Akademiya tələbələrindən ibarət komanda, 1 iyun 2024-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)-nın təşkilatçılığı ilə həyata keçirilən 3-cü Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi
Təlim və seminar iştirakçıları
Rəsmi tərəfdaşlar
Peşəkar layihələr
Xidmət növləri
Xidmətlərimiz &
Fəaliyyətlərimiz
Kibertəhlükəsizlik Məhsul və Həlləri
Sistem və Şəbəkə Qorunması
Rəqəmsal İnfrastruktur və İT Həlləri
Təlim və Təhlükəsizlik Bacarıqları
Xidmət Sahələrimiz
Fərdi və Korporativ Kibertəhlükəsizlik Təlimləri
Sertifikat və Karyera Dəstək
Kibertəhlükəsizlik Konsultasiya Xidmətləri
Kibertəhlükəsizlik və IT Dəstək Xidmətləri
Praktiki Nüfuzetmə Test Laboratoriyaları
Kibertəhlükəsizlik Məhsul və Həllərin Hazırlanması
Biz Kimlərlə Çalışırıq

Universitetlər

İnnovasiya Mərkəzləri

Təhsil

Dövlət Qurumları

Özəl Müəsisələr

Gənclər Mərkəzləri
Platformamızın Tarixi
Fəaliyyətlərimiz
Təhsis Edilmə
2019 ilinin İyun ayının 27-də ölkəmizdə KTLab adı altında kibertəhlükəsizlik laboratoriyası kimi fəaliyyətə başlayan platform işə başladı. İlk fəaliyyət dövründə, xüsusilə maarifləndirmə və şəxsi inkişaf əsaslı təlimlər verməyə başladı.
Əməkdaşlıqlar və Dəstək
2020 – Qurulduğu gündən sürətlə inkişaf edən Platformanın gücünə güc qatan dəstəkçilərimiz oldu. Türkiye Kibertəhlükəsizlik Kümelenmesi, Gais Kibetəhlükəsizlik şirkəti kimi qurumlar tərəfindən müxtəlif dəstəklər aldıq. Gənclər tərəfindən yaradılan bu Platforma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Bakı Gənclər Mərkəzində məkan dəstəyi əldə etdi.
Teknofest Azərbaycan, HackBaku
2022-ci il, üç əhəmiyyətli layihəni uğurla icra edərək böyük nailiyyətlər əldə etdi. Ölkəmizdə ilk dəfə keçirilən Teknofest festivalının tərəfdaşı olduk. Bundan başqa, HackBaku 2022 kibertəhlükəsizlik yarışını ölkəmizdə ilk dəfə təşkil edərək adımızı ölkə kibertəhlükəsizliyinə ən uğurlu və sürətli inkişaf edən mərkəz kimi qeyd etdirdik. Həmçinin, platformumuz ölkəmizdə ilk dəfə dünyaca məşhur sertifikalaşdırma təşkilatı olan EC-Council tərəfindən akkreditasiya alaraq fəaliyyətləri 145 ölkədə tanınmağa başladı.
AKTA üzvlük və Kiber Kafe
2023-cü il, Kiber Təhlükəsizlik Platforması artıq gənclərin ən sevimli mərkəzi halına gəlmiş və müxtəlif peşəkar kibertəhlükəsizlik kadrlarının yetişdirilməsində əhəmiyyətli bir rol oynamışdır. Bu ildə ilk dəfə özündə 5 kurs proqramını təqdim edən təlim müəssisəsi “Kibertəhlükəsizlik Akademiyası” adını almışdır. Bundan başqa, platformamız bu il ölkəmizdə yaradılmış əhəmiyyətli kibertəhlükəsizlik təşkilatı AKTA-nın akademik üzvlüyünə qəbul edilmişdir. Həmçinin, bu il ərzində müxtəlif peşəkar mütəxəssisləri bir araya gətirən “Kiber Kafe” layihəsinin ən böyük tədbirini təşkil etmişdir.
Xəbərlər və Bloqlar

Cloudflare Xidmətləri Qlobal Səviyyədə Çətinliklərlə Üz-Üzə
Cloudflare-in Stokholm data mərkəzində baş verən genişmiqyaslı texniki nasazlıq nəticəsində Azərbaycan da daxil olmaqla bir çox regionda internet xidmətlərində ciddi əlçatımlıq problemləri müşahidə olunur. İstifadəçilər

Kiber Təhlükəsizlik Platforması CIDC 2025-də
Ölkəmizdə keçirilən CIDC 2025 – Cyber Incident & Defense Conference çərçivəsində Kiber Təhlükəsizlik Platforması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə özünün innovativ

Kibertəhlükəsizlik Nədir?
Kibertəhlükəsizlik Nədir? Rəqəmsal dövrümüzdə məlumat və texnologiya həm fərdlər, həm də şirkətlər üçün həyati əhəmiyyət daşıyır. Lakin bu imkanlarla yanaşı, kiberhücumlar, məlumat sızmaları, sistem zəiflikləri,
saytında yerləşdirilib PasayevTrustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Bakıxanovda olan mərkəz uzaqdır, lakin Həsən Əliyev də olan mərkəz tələbələr üçün daha əlverişlidir.saytında yerləşdirilib Samir IbrahimovTrustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. gencler ucun faydali platformasaytında yerləşdirilib Besim ALTINOKTrustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Thank you for your contributions to the cyber world.saytında yerləşdirilib sabina jafarzadaTrustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Kibetəhlükəsizlik Platformasının tələbəsi olmaq həqiqətən mükəmməldir . Biz bu platformada həm təhsil alır , həm də inkişaf edirik . Ramil Baxşıyev , Əli Gəniyev kimi müəllimlərlə birlikdə işləmək isə çox yaxşıdır . Hər zaman kibertəhlükəsizlik üzrə inkişafımıza çox önəm verirlər və heç bir sualımızı da cavabsız qoymurlar . Rəhbərimiz Şahin Alıyev isə hər bir tələbənin vəziyyəti ilə bir başa özü maraqlanır və çətinlik olduqda daim həll etməyə çalışır . Platformanın daxilində keçirilən təlimlər isə karyera yolumuza çox müsbət təsir bağışlayır.saytında yerləşdirilib İlkane SəlvərovaTrustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Bu platforma sadəcə Kiber platforma deyil həm də ailə platformasıdır. Ünvan olaraq çox səmərəli yerdədir. Təlimlərindən , məsuliyyət daşımalarından , tələbələrinədə qayğı və sevgini əksik etməyən tək yer ola bilər
Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın
Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.
Digər Telefonlarımız:
- +994 51 2300901
- +994 51 2300902
- Texniki Dəstək Komandası
- Media və PR / Sosial layihələr
Elektron Poçt Adreslərimiz
Məlumat Mərkəzi:
info@kiberplatforma.az
Texniki Dəstək:
support@kiberplatforma.az
Media və PR:
media@kiberplatforma.az
Suallarınızı Bizə Yazaraq Bildirin
Tərəfdaş və Partnyorlar
Bizlərlə birlikdə ölkəmizdə kibertəhlükəsizliyin inkişafına dəstək verən dəyərli tərəfdaşlarımız.