Komandamız

Komandamız

Komanda heyətimiz sahə üzrə tanınan müxtəlif beynəlxalq sertifikatlara və dərəcələrə malikdir. Komandamız sizlərə durmadan xidmət etməyə çalışır

Ölkəmizə mümkün olan ən yaxşı xidməti göstərməyə davam etməyi hədəflədiyimiz bir çox yollardan biri də insanlarımızın təhsilinə və böyüməsinə davamlı sərmayəmizdir. Biz yalnız ən yüksək ixtisaslı mütəxəssisləri işə götürürük və daima onları ən son texnologiyalarda öyrədirik və yeniləyirik ki, sizə biznesinizi qazanmağa və inkişaf etdirməyə kömək edək.

İdarə Heyəti

İcraçı Direktor olaraq Şahin Alıyev ölkəmizdə sahənin inkişafı, kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi, milli məhsul inkişafı və kibertəhlükəsizlik layihələrinin hazırlanması istiqamətində bu missiyaları üzərinə götürmüş Kiber Təhlükəsizlik Platformasına rəhbərlik etməkdədir. Şahin Alıyev Azərbaycan və Türkiyənin aparıcı təşkilat və şirkətlərində IT və İnformasiya Təhlükəsizliyi üzrə fəaliyyət göstərmiş, 4 illik İT Xidmətlərinin İdarə Edilməsi və 3 illik İnformasiya Təhlükəsizliyi üzrə peşəkar təcrübəyə malik komanda rəhbəridir.

 

Cavadova Sürəyya 2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmiş və 2023-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat (SABAH) ixtisasının magistratura pilləsinə daxil olmuşdur. Sürəyya Cavadova həmin illər ərzində bir çox önəmli şirkətlərdə çalışmışdır. Sürəyya Cavadova informasiya təhlükəsizliyi sahəsində müxtəlif fəaliyyətlər icra etmiş, eləcədə bir çox vacib tədbirlərdə iştirak etmişdir. Sahə üzrə bir çox tanınmış beynəlxalq sertifikatlara sahibdir. 

Ramil Baxşıyev ölkə səviyyəsində tanınmış təlimçi statusuna malik peşəkar kibertəhlükəsizlik arxitekturudur. O, ölkəmizdə bir çox böyük şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik layihəsinin icrasında yaxından iştirak etmişdir. 17 illik peşəkar təcrübəsi ilə Ramil Baxşıyev Kibertəhlükəsizlik Akademiyasında Şəbəkə və Şəbəkə Təhlükəsizliyi kurs proqramını tədris etməkdədir. Müxtəlif beynəlxalq sertifikatlara sahib olan Ramil Baxşıyev Kibertəhlükəsizlik Akademiyasının proqram rəhbəri olaraq daxili tədris strukturunun hazırlanması və icrasında iştirak edir. O, hal-hazırda Akademiyamızda Baş Təlimçi vəzifəsini icra etməkdədir.

Nəzrin Əliyeva Azərbaycan Dillər Universitetində təhsil almaqdadır və karyerasına Kiber Təhlükəsizlik Platformasında başlamışdır. O, 2024-cü ildə Kiber Təhlükəsizlik Platforması nəzdində təşkil olunan təcrübə proqramlarının iştirakçısıdır. Hal-hazırda o, Təcrübəçi olaraq Kiber Təhlükəsizlik Platformasında Korporativ Əlaqələr Üzrə Menecer vəzifəsində təcrübə keçməkdədir. 

Əli Qəniyev Kiber Təhlükəsizlik Platformasının təhsil fəaliyyətində iştirak etmiş, Kibertəhlükəsizlik Akademiyasının yaradılmasında yaxından iştirak etmişdir. O, peşəkar fəaliyyətinə 2021-ci ildə Nüfuzetmə Testi üzrə Kiçik Mütəxəssis olaraq başlamış, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Nüfuzetmə Testi üzrə Mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. Bununla yanaşı, Əli Qəniyev Kibertəhlükəsizlik Akademiyasında Ethical Hacking kurs proqramının əsas təlimçisi və proqram rəhbəridir.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının Ethical Hacking kurs proqramının təlimçisi Elvin Məmmədzadə ilk peşəkar təcrübəsinə 2020-ci ildə başlamışdır. Əsasən veb və mobil təhlükəsizliyi üzrə fəaliyyətlərinə davam edən Elvin Məmmədzadə hal-hazırda ölkənin ən öndə gələn kibertəhlükəsizlik şirkətlərindən biri olan Cyberpoint şirkətində aparıcı nüfuzetmə test mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. 

Kibertəhlükəsizlik Akademiyasının Cybersecurity Introduction kurs proqramının təlimçisi Süleyman Əliyev ilk peşəkar təcrübəsinə 2022-ci ildə başlamışdır. Əsasən veb təhlükəsizliyi üzrə fəaliyyətlərinə davam edən Süleyman Əliyev hal-hazırda Əmanətlərin Sığortalanması Agentiliyində aparıcı kibertəhlükəsizlik mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. 

Sona Talıbova Əlizadə, 10 ilə yaxın IT təcrübəsi ilə kibertəhlükəsizlik sahəsində tanınmış bir mütəxəssisdir. Ölkənin öndə gələn şirkətlərində, o cümlədən “R.I.S.K. Company” və “PMD Group” kimi təşkilatlarda peşəkar fəaliyyətlər göstərmişdir. Hal-hazırda Paşa Holding-də İnformasiya Təhlükəsizliyi üzrə baş mütəxəssis olaraq çalışır və eyni zamanda AKTA nəzdində yaradılmış Ekspertlər Komitəsinin üzvüdür.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının IT Essentials (ITE) kursunun təlimçisi Eldar Şabanov 2021-ci ildə ilk peşəkar təcrübəsinə başlamışdır. O, əsasən  IT texnikası və sistem idarəçiliyi üzrə üzrə fəaliyyət göstərməkdədir. Hazırda Eldar Şabanov ölkənin aparıcı enerji  şirkətlərindən biri olan IMA-Energy şirkətində aparıcı İT Mütəxəssisi kimi fəaliyyət göstərir.

Kibertəhlükəsizlik Akademiyasının SOC-L1 kurs proqramının təlimçisi Tərlan Əliyev ilk peşəkar təcrübəsinə 2022-ci ildə başlamışdır. O, 2023-cü ildə Azərbaycan Beynəlxalq Bankının SOC infrastrukturunun qurulmasında yaxından iştirak etmiş və uzun müddət orada fəaliyyətini davam etdirmişdir. Əsasən SOC Analyst olaraq fəaliyyət göstərən Tərlan Əliyev hal-hazırda ölkənin öndə gələn banklarından biri olan Azər Türk Bankda SOC Analyst kimi fəaliyyət göstərməkdədir.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının Ethical Hacking kursunun təlimçisi Şahin Paşazadə 2024-cü ildə ilk peşəkar təcrübəsinə başlamışdır. O, əsasən infrastruktur və veb təhlükəsizliyi üzrə fəaliyyət göstərməkdədir. Hazırda Şahin Paşazadə ölkənin aparıcı internet və telekom şirkətlərindən biri olan Delta Telekomda kibertəhlükəsizlik mühəndisi kimi fəaliyyət göstərir.

Səid Hüseynov Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsidir. O, Coders Azerbaijan tədris mərkəzində Full Stack Programming kurs proqramını bitirmişdir. Səid Hüseynov bir çox freelancer layihələrində iştirak etmiş və hal-hazırda Kiber Təhlükəsizlik Platformasında developer olaraq fəaliyyət göstərir.

Komandamızın Sertifikatları

Kiber Təhlükəsizlik Platformasının komandası beynəlxalq səviyyədə tanınmış müxtəlif sertifikatlara sahibdir. Bu sertifikatlar mütəxəssislərimizin qabaqcıl biliklərə malik olduğunu və müştərilərimizə dünya standartlarına uyğun xidmətlər təqdim etmə qabiliyyətinə malik olduqlarını təsdiq edir.

Komandamıza qatılıb bizimlə inkişaf edin

Kiber Təhlükəsizlik Platforması ölkəmizdə kadr inkişafına hədəflənən fəaliyyətlər aparmaqdadır. Bu istiqamətdə müxtəlif pozisyalara gənc və həvəsli şəxslər qəbul etməyə çalışır. Böyük kibertəhlükəsizlik ailəmizə qatılmaq üçün vakansiya səhifəmizdə sənin üçün uyğun vakansiyalarla tanış ol.

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

Məlumat Mərkəzi:
info@kiberplatforma.az

2

Texniki Dəstək:
support@kiberplatforma.az

3

Media və PR:
media@kiberplatforma.az

Suallarınızı Bizə Yazaraq Bildirin