Kiber Təhlükəsizlik Platforması və EC-Council (International Council of E-Commerce Consultants) arasında həyata keçirilən “Akademiya Tərəfdaşlığı” çərçivəsində təşkil olunan sertifikatlaşdırma fəaliyyətinin növbəti mərhələsi uğurla yekunlaşıb. Bu çərçivədə keçirilən “Ethical Hacking Level 1” (EH-L1) imtahanı gənc mütəxəssislərin etik hakerlik üzrə ilkin biliklərinin qiymətləndirilməsini hədəfləyib.
Bu, 4-cü EH-L1 Sertifikat İmtahanı olub və ümumilikdə 9 iştirakçı biliklərini sınayıb. İmtahan əsasən nəzəri bilikləri qiymətləndirən test tapşırıqlarından ibarət olub və iştirakçıların fundamental etik hakerlik bacarıqlarını yoxlayıb.
Paralel olaraq keçirilən ITE (Information Technology Essentials) imtahanında isə 4 iştirakçı iştirak edib və onların böyük hissəsi uğurla nəticə əldə edib.
İmtahanda iştirak edən namizədlərin nəticələri ilə “Nəticələr” bölməsinə klikləyərək rəsmi PDF sənədində tanış olmaq mümkündür. Sertifikatlar isə yaxın günlərdə rəqəmsal formatda təqdim ediləcək.
Kiber Təhlükəsizlik Platforması adından imtahanda iştirak edən bütün namizədlər təbrik olunur və onların kiber sahədəki inkişaf yolunda yeni nailiyyətlər əldə edəcəklərinə inanılır.
İmtahan nəticələrini (Nəticələr) bölümünə klikliyərək rəsmi sənəd PDF formatında tanış ola bilərsiniz. Sertifikatlar yaxın günlərdə rəqəmsal formatda təqdim ediləcək.


