Digər xəbər və bloqlar

Kiber Təhlükəsizlik Platforması CIDC 2025-də
Ölkəmizdə keçirilən CIDC 2025 – Cyber Incident & Defense Conference çərçivəsində Kiber Təhlükəsizlik Platforması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə özünün innovativ

Kibertəhlükəsizlik Nədir?
Kibertəhlükəsizlik Nədir? Rəqəmsal dövrümüzdə məlumat və texnologiya həm fərdlər, həm də şirkətlər üçün həyati əhəmiyyət daşıyır. Lakin bu imkanlarla yanaşı, kiberhücumlar, məlumat sızmaları, sistem zəiflikləri,

Şirkətlər üçün Kibertəhlükəsizlik Xidmətləri Niyə Vacibdir?
Rəqəmsal dövrdə şirkətlər getdikcə daha çox kibertəhlükələrə məruz qalır. Məlumat sızmaları, sistem zəiflikləri, kiber hücumlar və daxili zəifliklər yalnız maliyyə zərərinə səbəb olmur, həm də
Əlaqə
Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın
Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.
Digər Telefonlarımız:
- +994 51 2300901
- +994 51 2300902
- Texniki Dəstək Komandası
- Media və PR / Sosial layihələr
Elektron Poçt Adreslərimiz
1
Məlumat Mərkəzi:
info@kiberplatforma.az
2
Texniki Dəstək:
support@kiberplatforma.az
3
Media və PR:
media@kiberplatforma.az
Cloudflare-in Stokholm data mərkəzində baş verən genişmiqyaslı texniki nasazlıq nəticəsində Azərbaycan da daxil olmaqla bir çox regionda internet xidmətlərində ciddi əlçatımlıq problemləri müşahidə olunur. İstifadəçilər müxtəlif sayt və onlayn platformalara daxil olmaqda çətinlik çəkir, bəzi xidmətlər isə tamamilə dayanır. Texniki məlumatlara əsasən, insident Cloudflare-in edge server infrastrukturu və Anycast yönləndirmə sistemi üzərində yaranan lokal pozuntu ilə bağlıdır
Anycast şəbəkəsində baş verən bu tip kəsintilər kritik trafik qovşaqlarında qlobal trafik paylanmasına təsir göstərərək genişmiqyaslı xidmət problemləri yarada bilər
Hazırda qeydə alınan əsas problemlər arasında saytlara girişdə gecikmələr və səhifələrin açılmaması, CDN və WAF xidmətlərinin dayanması, API sorğularında zaman aşımı xətaları, eləcə də DNS cavablarında gecikmələr və yanlış yönləndirmələr mövcuddur
Cloudflare bildirir ki, nasazlığın aradan qaldırılması üçün işlər davam edir və rəsmi incident report vasitəsilə yeniləmələr ictimaiyyətlə paylaşılacaq.
Kibertəhlükəsizlik mütəxəssisləri qeyd edir ki, regional data mərkəzi səviyyəsində yaranan bu tip xətalar yalnız lokal deyil, həm də qlobal şəbəkəyə təsir göstərə bilər. Bunun əsas səbəbi Cloudflare-in dünyanın ən böyük CDN və DDoS qoruma infrastrukturuna sahib olmasıdır. Hər hansı kritik nodun dayanması trafikin digər regionlara yönləndirilməsinə, bunun isə əlavə yüklənmələrə və xidmət fasilələrinə səbəb olmasına gətirib çıxarır
Vəziyyətin stabilləşdirilməsi istiqamətində işlər davam edir və yaxın vaxtlarda xidmətlərin tam bərpa olunacağı gözlənilir